Avqustda vətənində Rəykkönen haqqında kitab çıxacaq

Cümə günü Finlandiyanın Siltala nəşriyyatı avqustun 16-da Kimi Rəykkönen barədə kitab buraxmağı planlaşdırdıqlarını açıqlayıb.

F-1.az bildirir ki, yayın sonunda işıq üzü görəcək kitabın adı “Naməlum Kimi Rəykkönen” olacaq. Kitabda “qeyri-adi peşəni seçmiş sadə oğlan”dan danışılır. 2007-ci ilin dünya çempionu barədə onun anası, qardaşı, həyat yoldaşı və dostları danışacaqlar. Aydın məsələdir ki, kitabda daha çox Kiminin özünə ayrılıb, özü də finlandiyalı sürücü yalnız yarışlardan deyil, həm də ailəsindən, həyatdakı əsas dəyərlərindən, karyerasının dramatik anlarından danışacaq.

Kitabın müəllifi bir neçə dəfə ədəbi mükafatlara layiq görülən, əsərləri müxtəlif dillərə tərcümə olunan tanınmış finlandiyalı yazar Kari Hotakaynendir. O, 2001-ci ildə səssiz kinomatoqrafiyanın dahilərindən Baster Kiton barədə də kitab yazıb.

Bugünkü anonsda kitabdan kiçik bir hissə də təqdim olunub: “Kimi dedi: “Əlbəttə, Formula1-də gizli, naməlum qalaraq çıxış etmək daha gözəl olardı”. Mən isə ilk cümlənin yazıldığına əmin olmaq üçün diktofona baxdım. Bunu deyərkən özü də başa düşürdü ki, bu mümkün deyil. Sən gizli şəkildə otbiçən maşına minə bilərsən, lakin 7 milyon avro dəyərindəki yarış maşınına yox”.

61 yaşlı yazarın qələmə aldığı kitabın bir çox sərt və təsirli ifadələrlə, eyni zamanda da yumorla zəngin olacağını demək olar. Təbii ki, Kiminin yüz minlərlə fanatı indidən kitabı səbirsizliklə gözləyir…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*