AutoSport mükafatlandırma mərasimi-2016: Kimlər təltif edilib?

Avtoidmanın ən mühüm və görkəmli tədbirlərindən biri olan AutoSport-un mükafatlandırma mərasimi dünən axşam baş tutub.

F-1.az bildirir ki, bu mükafatlandırma mərasimi hər il baş tutur və qalibləri AutoSport-un oxucuları səsvermə ilə müəyyən edirlər.

Dünənki mükafatlandırma mərasiminə bir neçə gün əvvəl gözlənilmədən karyerasını bitirdiyini açıqlayan Niko Rosberq də qatılıb. Mərasimin əvvəlində sürücülərin siyahısında adı çəkilərkən hamı tərəfindən alqışlanan son dünya çempionu Beynəlxalq Yarış Pilotu mükafatına layiq görülüb.

Niko Rosberq: “Bura ilk dəfə 15 il əvvəl gəlmişdim. Bu gecə ilin ən prestijli gecələrindən biridir. Formula1-də 11 il keçirdim və bu il mənim şübhəsiz, ən yaxşı ilim idi. Çempion olduqdan sonra karyeramı bitirmək barədə düşünürdüm, lakin etiraf etməliyəm ki, bu qərarı verməyə cəsarətimin çatacağına əmin deyildim. Məni seçən bütün oxuculara təşəkkür edirəm”.

Hazırda karyerasını davam etdirən sürücülərdən Lyuis Həmilton və Paskal Verlyayn da mükafat alanlar sırasında olub. Mercedes-in Formula1 maşını olan Mercedes W07 isə İlin Yarış Maşını seçilib.

Mükafat Mükafatçı
Beynəlxalq Yarış Pilotu Niko Rosberq
İlin Yarış Maşını Mercedes W07
İlin Debütantı Paskal Verlyayn
İlin Ralli Pilotu Sebastyen Ojye
İlin Ralli Maşını VW Polo R WRC
İlin Motosiklet Sürücüsü Mark Markes
İlin Britaniyalı Yarış Pilotu Lyuis Həmilton
McLaren Autosport BRDC Mükafatı Lando Norris
Gregor Grant Mükafatı Naycel Mənsell
John Bolster Pəddi Lou
Birincilik və Yenilik Mükafatı Frederik Sosse

Son mükafatın adını daha yaxşı siz tərcümə edərsiz.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*