Autosport Ferstappeni ilin sürücüsü seçib

Red Bull komandasının pilotu Maks Ferstappen Autosport-un "İlin Beynəlxalq Sürücüsü" mükafatını qazanıb. Maks sözügedən mükafatı azarkeşlərin səsverməsinin nəticələrinə əsasən alıb.

F-1.az xatırladır ki, niderlandlı sürücü geridə qoyduğumuz mövsümdə 22 yarışda 15 qələbə qazanıb və mövsümün sonuna dörd mərhələ qalmış ardıcıl ikinci dünya çempionluğunu rəsmiləşdirib. Ferstappen ötən mövsüm Formula1-dəki əsas rəqibi Şarl Leklerdən, İndyCar çempionu Vill Pauerdən və Formula E çempionu Stoffel Vandordan çox səs toplayıb.

Maks Ferstappen: ““Ardıcıl ikinci dəfə mənə səs verən bütün azarkeşlərə təşəkkür edirəm. Mövsümün çətin başlanğıcından sonra vəziyyəti dəyişmək əsl komanda işi idi. Komandanın üzvlərinin çəkdiyi zəhmət böyük təşəkkürə layiqdir. 2023-cü ildə trasda görüşənədək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*