F-1.az xəbər verir ki, son mərhələyə BMW komandasının cənubiafrikalı sürücüsü Şeldon van der Linde Mercedes-dən Lukas Auer üzərində 12 xallıq üstünlüklə gəlib. Sabah mövsümün son yarışına bu ütsünlükdən cəmi 2 xal qalıb.
Auer əvvəlcə minimum proqramı yerinə yetirib – avstriyalı sürücü poul qazanıb. DTM-də sıralanma turunda ilk 3 nəticə göstərən sürücülərə 3-2-1 xal verildiyi üçün yarış ərəfəsində liderlər arasında xalq fərqi 9-a düşüb.
Amma əsas xəbər ondan ibarət idi ki, sıralanmada 6-cı nəticə göstərmiş Şeldon 10 yer itirmək cəzası adığı üçün 16-cı yerə göndərilib.
Startda Auer liderliyini qorusa da arxada zəncirvari qəza baş verdiyi üçün trasa Təhlükəsizlik Maşını daxil olub. TM trasdan çıxan kimi daha ağır qəza baş verib – hətta Dennis Olsenin Porsche-sindən mühərrik qoparaq trasa düşüb və dərhal alovlanıb.
Bu qəzalarda mübarizəni 11 sürücü dayandırıb. Qırmızı bayraqlarla yarış dayandırılıb. Restart ənənəvi iki cərgədə deyil, tək cərgədə verilib.
Startda və restartda 16-cı yerdən 8-ci yerə yüksəlmiş Şeldon məcburi pit stopdan sonra trasa 5-ci yerdə qayıdıb və finişə qədər irəliləyərək 2-ci yerə yüksəlib.
Auerin qələbəsi isə titul uğrunda mübarizəni sabaha daşıyıb.
Titula digər namizəd Rene Rast finişdə 5-ci olub və liderə 21 xal uduzur.