F-1.az xatırladır ki, Audi 2026-cı ildə Sauber-lə ortaqlığa başlayacaq. Əksəriyyət düşünür ki, Audi ən az bir alman sürücü ilə yarışmaq istəyəcək. Bəziləri düşünür ki, Fettel təqaüddən qayıdıb yenidən sükan arxasına keçəcək. Bəziləri də düşünür ki, Audi əfsanəvi Mixaelin oğlu Mik Şumaxerlə yarışacaq.
Frederik Vassyör: “Komandanın 2026-cı ildəki sürücü heyəti barədə danışmaq mənasızdır. Önümüzdə uzun illər var. Bizim gənc sürücü akademiyamız var və burada gənc sürücülər yetişdiririk. Hazırda kartinqdə yarışanlar 2030-cu ya da 2032-ci ildə Formula1-ə gələ biləcəklər.
Hazırda Quanyu və Valtteri ilə yarışırıq. Düzgün sürücü heyətinu təyin etmək üçün vaxtımız var. Heç bir sürücünün 2026-cı il üçün müqaviləsi yoxdur. Deməli vaxtımız var”.