F-1.az xatırladır ki, Audi komandası 13 dəfə Le Manın 24 saatlıq marafonunun qalibi olub. 2016-cı ilin R18e-tron quattro prototipi Porsche və Toyota-dan daha aqressiv görünür. Yeni R18-də Formula1 bolidi tərzində yüksək burun olduğunu görürük. Amma iş təkcə görünüşlə bitmir. Yeni R-18-in mühərriyinin silindr sayı da azaldılıb və 4 litr həcmli V6 TDİ dizel mühərriklə, 7 pilləli sürət qutusu ilə və 6 mC enerji hasil edən hibrid sistemlə təchiz edilib. Audi maşını da Porsche-dəki kimi hibrid sistemə keçib. Beləliklə, almanlar avtomobilin performasını artırıb və sərfiyyatı azaldıblar.
Qeyd edək ki, Volkswagen-in ekologiyanı çirkləndirmə qalmaqalından sonra Audi və Porsche maşınların sayını azaldıblar. Artıq almanlar yarışlarda üç yox, iki maşınla iştirak edəcəklər.