F-1.az xəbər verir ki, yeni binada 2026-cı ildən Formula1 maşınları üçün güc qurğularının hazırlanmasında istifadə olunacaq dinamometrlər yerləşəcək. Bundan əlavə, Audi ERS, güc qurğusu, akkumulyatorlar, daxili yanma mühərriki və ötürmələr qutusunun hazırlanmasına cavabdeh olan departamentdə işçilərin sayını artıracaq. Hazırda bu şöbədə 220 nəfər var, lakin 2023-cü ilin ortalarına qədər ştatın ən azı 300 işçiyə qədər genişləndirilməsi planlaşdırılır.
Xatırladaq ki, Audi 2026-cı ildə Formula1-də debüt edəcək.