Audi Vassyörü Ferrari-yə keçməkdən çəkindirməyib

Frederik Vassyörün sözlərinə görə, Audi rəhbərliyi gələcək planları barədə məlumat verərkən onun Ferrari-yə keçidinə mane olmayıb.

F-1.az xatırladır ki, Vassyör Sauber Group-a və Alfa Romeo komandasına başçılıq edib, lakin indi Mattia Binottonu Scuderia-nın başçısı vəzifəsində əvəzləyib.

Məhz onun rəhbərliyi altında Hinvil komandası böhran dövründən çıxmağa başlayıb və ötən mövsüm Mühəndislər Kubokunda 6-cı yeri tutub. Vassyör Sauber Group-da pay alan və 2026-cı ildə Formula1-ə qayıtmağa hazırlaşan Audi ilə danışıqlarda da iştirak edib. Lakin alman şirkəti onu qalmağa razı salmağa çalışmayıb.

Frederik Vassyör: “Ferrari ilə söhbət edəndə bunu heç kimlə danışmamışdım. Biz bunu Ferrari-nin prezidenti Con Elkannla müzakirə etdik və rəsmi açıqlama verilməzdən əvvəl bu barədə heç kimə demədim. Mən Audi-nin nümayəndələri ilə bu barədə danışanda, onlar dedilər ki, Ferrari-nin təkliflərindən imtina etmək olmaz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*