F-1.az xatırladır ki, Audi 2026-cı ildə Formula1-ə gələcək. Buna görə də Mik Şumaxerin adı almaniyalı istehsalçı ilə hallanırdı. Hətta Audi Qrupunun sabiq rəhbəri Herbert Diss 23 yaşlı sürücü ilə yarışmaq istədiklərini bildirmişdi.
Markus Dyusman: “Hazırda bir neçə komanda rəhbəri və sürücü ilə danışıqlar gedir, amma Mik Şumaxerlə danışıqlar aparmamışıq. Əlbəttə, almaniyalı sürücülər bizim üçün daha yaxşıdır, amma əsas məsələ deyil.
Formula1-ə həvəs üçün gəlmirik. Burada gücümüzü göstərmək istəyirik. Yarışdığımız hər seriyada uğur qazandıq. Sadəcə yarışmaq bizlik deyil. Formula1-ə uzunmüddətli layihə kimi baxırıq. Buraya sərmayə kimi baxırıq”.