F-1.az xatırladır ki, Audi mövsümün sonunda çoxlu uğurlar qazandığı Dünya Dözümlülük Çempionatından (WEC) gedəcək. Almaniya təmsilçisinin bu qərarı Sauber komandasını narahat etməyə başlayıb. Çünki Audi isveçrəlilərin aerodinamik borusundan istifadə edirdi.
Amma alman mətbuatı iddia edir ki, Audi Le Man seriyasından ayrılsa da, Sauber-in aerodinamik borusundan istifadə edəcək. Xəbərə əsasən, almanlar DTM və digər proqramlar üçün aerodinamik borudan istifadə edəcəklər.
Qeyd edək ki, Sauber komandası maliyyə problemləri yaşayır və buna görə də komanda yayda Longbow Finance şirkətinə satılmışdı. İsveçrəlilər gələn il Ferrari-nin 2016-cı il mühərriyindən istifadə edəcəklər…