F-1.az xəbər verir ki, bu gün alman avtomobil istehsalçısının komandada səhmlər payı alması ilə bağlı rəsmi açıqlama yayılıb.
“Sauber Group məmnuniyyətlə elan edir ki, keçən ilin oktyabrında elan edilmiş planlara uyğun olaraq, 2023-cü ilin yanvarında Audi şirkəti Sauber Group-un minoritar səhmlər payına sahib olub, – deyə məlumatda bildirilib. – Bu, Audi şirkəti üçün Sauber Group-la alman brendi arasında strateji tərəfdaşlığın bir hissəsi olaraq 2026-cı ilə planlaşdırılan F1 debütü yolunda mühüm addımdır”.