Audi şirkəti Sauber Group-da payını 75%-ə çatdıracaq

Dünən məlum olub ki, Audi şirkəti Formula1-də Alfa Romeo-nun idarəedicisi olan Sauber Group-un səhmlərinin minoritar payını alıb.

F-1.az xəbər verir ki, rəsmi açıqlamada alınan səhmlərin sayı göstərilməsə də, Almaniyanın Auto Motor und Sport saytı öyrənə bilib ki, söhbət 25%-dən gedir.

Sayt iddia edib ki, 2025-ci ilə qədər komandadakı payını 75%-ə çatdırmaq üçün Audi şirkəti səhm alışlarının daha bir neçə raundunu həyata keçirmək niyyətindədir. Səhmlərin qalan 25%-i Sauber Group-un hazırkı əsas səhmdarı, isveçli milyarder Finn Rausinqdə qalacaq.

Audi-nin Formula1-də iddialı məqsədləri var, alman avtomobil istehsalçısı 2026-cı ildə debüt edəndən sonra üç il ərzində rəqabətədavamlı olmağı hədəfləyir. Audi Noyburqdakı bazasında güc qurğuları hazırlayacaq, İsveçrədəki mühəndislər isə şassinin hazırlanması və yığılmasına davam edəcəklər.

Hinvildəki Sauber Group bazasının səmərəliliyini artırmaq üçün Audi növbəti bir neçə il ərzində onun modernləşdirilməsinə və zəruri personalın işə götürülməsinə sərmayə qoyacaq. Bu, ötən ilin sonunda McLaren-dən komandaya keçən Andreas Zaydlın əsas vəzifəsi olacaq. Trasdakı əməliyyat işlərinə Alessandro Alunni Bravi cavabdeh olacaq.

2026-cı ilə qədər Sauber Ferrari-dən güc qurğularını almağa davam edəcək, lakin tədricən İtaliya şirkəti ilə əməkdaşlıq azalacaq. Belə ki, 2023-cü il mövsümü başa çatdıqdan sonra Alfa Romeo brendi Sauber-in titul sponsoru olmağı dayandıracaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*