F-1.az xəbər verir ki, komandada yer almaq üçün namizədlər arasında Mik Şumaxerin də adı var, lakin Audi-nin idarə heyətinin sədri Markus Duysmann bildirib ki, Miklə hələ danışıqlar aparmayıb və maşınlardan birinin sükanı arxasında alman sürücünün oturması heç də ilkin şərt deyil.
Markus Duysmann: “Hazırda biz bir çox qərar qəbul edənlərlə, o cümlədən sürücülər və komanda menecerləri ilə danışıqlar aparırıq. Lakin Mik Şumaxerlə onun və bizim öhdəliklərlə bağlı əsaslı müzakirələrimiz olmayıb.
Əlbəttə, biz alman sürücülərlə, eləcə də ana şirkətimiz [Volkswagen Group] ilə işləməkdə maraqlıyıq, lakin sükan arxasında alman sürücünün olması şərt deyil.
Biz Formula1-ə həvəs xatirinə deyil, ona görə gəlirik ki, bacardığımız hər şeyi göstərmək istəyirik. Audi-nin iştirak etdiyi bütün çempionatlarda qalib gəlmək üçün əlimizdən gələni etmişik və həmişə uğur qazanmışıq. Sadəcə iştirakdan ibarət olimpiya prinsipi bizi maraqlandırmır”.