Audi maşının rəng çalarlarını nümayiş etdirib

Şanxay Beynəlxalq Avtomobil Sərgisində Audi digər yenilikləri ilə birlikdə Formula1 layihəsini və maşının ilkin liveriyasını təqdim edib.

F-1.az xatırladır ki, alman markası F1-də 2026-cı ildə motor təchizatçısı kimi debüt edəcək. Artıq bu istiqamətdə işlər aparılır. Audi Formula Racing-in Noyburqdakı baş qərargahındakı komandası ilin sonuna kimi 300 işçiyə qədər artacaq.

Ötən ilin sonunda mühərrik prototipinin sınaqlarına başlanılıb. Daxili yanma mühərriki, elektrik mühərriki, akkumulyator və elektron idarəetmə blokundan ibarət ilk tam hibrid güc aqreqatı ilin sonuna qədər sınaq stendində işləməlidir və gələcək maşın konsepti üçün əsas olmalıdır.
Markus Dyusmann, Audi şirkətinin baş direktoru: “Mən şəxsən Formula1 şou maşınını Çindəki müştərilərimizə təqdim etməkdən çox məmnunam, xüsusən də son 3 ildə yarışa ev sahibliyi edə bilmədikləri bir vaxtda. Formula1 proqramımız sürət qazanmağa davam edir, çünki bütün dünyada avtoidman həvəskarları getdikcə daha çox həyəcanlanırlar”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*