Audi kadr yığımında çətinliklərlə üzləşib

Audi motorçuları 2026-cı ildə güc qurğusunun təchizatçısı kimi Formula1-də debüt edəcəklər.

F-1.az xəbər verir ki, bunun üçün hazırlıqlar artıq tam sürətlə gedir, lakin şirkət gözlənilməz çətinliklərlə üzləşib – Audi Sport-un texniki direktoru Stefan Drayer etiraf edib ki, Almaniyada mühərrik bölməsi üçün kadrların işə qəbulu istədikləri kimi rəvan getmir.

Stefan Drayer: “Biz rəsmi açıqlamadan bir neçə ay əvvəl hazırlıqlara başlamışdıq. Bölməmizdə üç yüzdən çox mütəxəssisin çalışacağını planlaşdırırıq. Komandamızın nəyə qadir olduğunu bilirəm, lakin artıq layihədə iştirak edən mütəxəssislər kifayət deyil. Buna görə də biz Audi-nin digər bölmələrində yeni işçilər axtarırıq, lakin biz başqa şirkətlərdən olan insanların təcrübəsinə arxalanmağa hazırıq.

Əsas vəzifə Noyburqda üç yüzdən dörd yüzə qədər mütəxəssis toplamaqdır. Bu, ən azı, çətin bir işdir. Məsələn, Red Bull Powertrains-də təxminən 350 nəfər çalışır, lakin Milton Kins Briksvortdan cəmi 30 mil aralıda yerləşdiyi üçün mütəxəssisləri işə götürmək onlar üçün daha asan idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*