F-1.az xatırladır ki, Audi yeni texniki reqlamentin qüvvəyə mindiyi 2026-cı ildə Formula 1-də debüt edəcək.
Adam Beyker: “İştirakımızı elan etdiyimizdən keçən 7 ay ərzində Formula1 böyüməkdə davam edib və digər istehsalçıların marağına səbəb olub. Bu faktı nəzərə alaraq, biz lazımi anda düzgün qərar vermişik.
Son 20 il ərzində Formula1-ə daxil olmuş digər istehsalçılarla müqayisədə biz planlarımızı çox erkən elan etmişik. Layihə üzərində iş 2022-ci ilin martında Noyburqda başlayıb. Biz tapşırığın miqyasını yaxşı bilirik, lakin bizim üstünlüyümüz ondan ibarətdir ki, yeni reqlamentin ilk ilində Formula 1-də yarışmağa başlayacağıq.
Keçmişdə yeni istehsalçılar meydana sabit reqlamentlər dövründə çıxıb və bu səbəbdən onlar özlərini çempionatda uzun müddət iştirak edən komandalarla müqayisədə çox əlverişsiz vəziyyətdə tapıblar.
2026-cı ildə mühərrik və şassi ilə bağlı planlaşdırılan dəyişikliklər baş verəcək – idmanı yaxın tarixin ən ciddi dəyişiklikləri gözləyir. Ona görə də debütantlar, biz yaxşı işləsək, rəqabət apara biləcək səviyyədə olmaq imkanımız yaranacaq.
Bu ilin yanvarında güc qurğusunun təkmilləşdirilməsi ilə bağlı büdcə məhdudiyyətləri tətbiq edilməyə başladı, buna biz də daxil olmaqla, bütün istehsalçılar tərəfindən riayət olunur. Bu, bizə digərləri ilə eyni şansı yaradır”.