F-1.az xatırladır ki, Audi şirkəti 2026-cı ildə çempionatda özünün yeni zavod komandası ilə debüt edəcək.
Gernot Döllner, Audi-nin direktorlar şurasının sədri: “Audi-nin Formula1-də uzunmüddətli öhdəlikləri var. Renault-nun gələcək gedişi bizim qərarımıza təsir etməyəcək. Biz, hətta bu məsələni şirkət daxilində müzakirə etməmişik.
Bu ilin əvvəlində AG və Audi-nin müşahidə şuraları Sauber-in səhmlərinin tam nəzarətə götürülməsi barədə qərar qəbul etdi. 2025-ci il yanvarın 1-dən etibarən biz Sauber-i 100% nəzarətdə saxlayacağıq və mən Sauber Motorsport direktorlar şurasının sədri kimi bu layihədə daha fəal iştirak edə biləcəyəm.
İyul ayının sonunda biz vəzifələrin aydın bölgüsü ilə idarəetmə strukturunu yenidən qurmağa başladıq və Mattia Binotto və Conatan Vitli kimi güclü rəhbərləri layihəmizə cəlb etdik. Bu, gələcək iş üçün ideal həlldir”.