Atası Robertə inanır

Robert Kubitsanın atası Artur Kubitsa bildirib ki, oğlunun Formula1-ə qayıdacağına inanır.

F-1.az xatırladır ki, polşalı sürücü 2011-ci ildə rallidə qəza etdikdən sonra Formula1 karyerasını bitirməli olmuşdu. Amma bu ilin iyun ayında Kubitsa Lotus-un 2012-ci il bolidi ilə yenidən Formula1 dünyasına qayıtmış və qənaətbəxş nəticələr göstərmişdi. 32 yaşlı sürücü daha sonra Renault-nin 2017-ci il və Williams-ın 2014-cü il bolidlərini də test etmişdi.

Artur Kubitsa: “Bəziləri düşünür ki, o, öz səhvinə görə belə olub. Deyirlər ki, ralli ilə məşğul olmamalı idi. Amma Renault ilə müqaviləsində bu qadağa yox idi. Lakin ondan əvvəl  BMW Sauber-lə olan müqavilədə ralli yasaq idi. O da qadağa olmadığı üçün ralliyə getdi. İnanıram ki, gələcəkdə Williams-da yarışacaq. Görəsən 7 il əvvəlki Robert olacaqmı?”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*