Aston Martin yeni rəngini və loqotipini təqdim edib

Yeni mövsümdə Racing Point-in əvəzinə idmana gələn Aston Martin komandası həm yeni adını, həm də yeni loqotipini təqdim edib.

F-1.az bildirir ki, Aston Martin təxminən 10 gün əvvəl rəsmi saytında gerisayıma başlamışdı və nəhayət ki, bu gün yeni adını və loqotipini açıqlayıb. Bundan sonra komandanın adı Aston Martin F1 Team olacaq. Uzun illərdir ki, komandaya titul sponsorluğu edən BWT-nin adı isə heç bir yerdə yoxdur.

Aston Martin-in yeni loqotipi tünd yaşıl rəngdədir. Komandanın İnstaqramdakı adı isə AstonMartinF1 olaraq dəyişdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*