F-1.az xəbər verir ki, bu dəfə hamıdan tez tərpənən Aston Martin komandası olub. Komandanın mətbuat xidməti qısa bir açıqlama paylaşıb: “Yeni maşınımızı 13 fevralda təqdim edəcəyimizi açıqlamaqdan məmnunuq. Tədbir Silverstoundakı yeni bazada xüsusi qonaqların iştirakı ilə baş tutacaq və bütün rəqəmsal kanallarımızda canlı yayımlanacaq”.
Qeyd edək ki, komandanın gələn il mübarizə aparacağı bolid AMR23 adlandırılır.
Bundan əlavə, Aston Martin-in mətbuat xidməti yeni ildə mövsümöncəsi test proqramı və 2023-cü ildə jurnalistlərlə işin necə təşkil ediləcəyi barədə ətraflı məlumat dərc edəcəyinə söz verib.
It’s coming together. #AMR23, revealed 13.02.23. pic.twitter.com/b9TG93Kiwa
— Aston Martin Aramco Cognizant F1 Team (@AstonMartinF1) December 16, 2022