Aston Martin yarışın nəticəsinə etiraz edib

Beynəlxalq Avtomobil Federasiyası (FİA) bildirib ki, Aston Martin komandası Avstriya yarışının nəticəsinə etiraz edib.

F-1.az bildirir ki, bir neçə saat əvvəl tamamlanmış Avstriya yarışının nətixəsinə rəsmi etiraz gəlib. Britaniya komandası stüardların tras limitləri ilə bağlı cəzaları düzgün vermədiyini düşünür. Onlar bildiirblər ki, bəzi sürücülər tras limitlərini pozsa da, cəza almayıblar.

Bu etirazın əsas hədəfi isə böyük ehtimalla Lando Norrisdir. O, yarışı Fernando Alonsonun 4 saniyə önendə 5-ci yerdə bitirmişdi. İndi Aston Martin komandası Norrisin tras limitlərini pozduğu ilə bağlı videoları stüardlara təqdim edərək, britaniyalı sürücünün 5 saniyə cəza almasını istəyəcək. Təbii ki, tras limitlərini pozan digər sürücülərin də videoları stüardlar tərəfindən izlənəcək.

Əgər “yaşıllar” istəklərinə çatsalar, Alonso yarışı 5-ci yerdə bitirmiş olacaq. Stüardlar bu gecə çoxlu videolar izləyəcəklər. buna görə də yeni cəzalar çıxa və sürücülərin yerləri dəyişə bilər. Yenilikləri sizə bildirəcəyik.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*