Aston Martin şirkəti Cosworth-la işləməyə razıdır

Aston Martin-in rəhbəri Əndi Palmer bildirib ki, xərclər azalsa, Formula1 üçün mühərrik istehsal edə bilərlər və bu layihədə Cosworth-la tərəfdaşlığa razıdırlar.

F-1.az xatırladır ki, Aston Martin artıq uzun illərdir ki, Cosworth-la tərəfdəşlıq edir. Tərəflər sonuncu dəfə Valkyrie layihəsində bir yerdə işləyiblər.

Əndi Palmer: “Cosworth bizim Valkyrie layihəsində əsas tərəfdaşlarımızdandır. Hazırda V12 mühərrik hazırlamaq üçün bir yerdə işləyirik. Bu tərəfdaşlığı Formula1 layihəsi ilə böyütmək məntiqli olar. Bu təklif üzərində işləyirik”.

Xatırladaq ki, Aston Martin bu ildən etibarən Red Bull komandasının titul sponsoru olub.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*