Keçən ilin iyulunda yüksək dinamik xüsusiyyətlərə malik olacaq bu maşının xarici görünüşü jurnalistlərə təqdim olunmuşdu. Amma bu həftə maşını artıq tam görmək mümkün olacaq: fevralın 16-da açılacaq Kanada Beynəlxalq Avtosalonunun eksponatlarından biri AM-RB 001 olacaq. Hərçənd, nümayiş olunan maşın seriyadan əvvəlki nümunə olmayacaq, sadəcə konsept tamaşaçılara göstəriləcək.
AM-RB 001 cəmi 150 ədəd buraxılacaq, istehsal isə gələn il başlayacaq. İlk alıcılar öz maşınlarını 2019-cu ildə ala biləcəklər.
F-1.az xatırladır ki, Kanada Avtosalonu 17-26 fevralda Metro Toronto Convention Centre sərgi mərkəzində təşkil olunacaq…