Aston Martin qərar verə bilmir

Aston Martin komandasının rəhbəri Mayk Krek bildirib ki, hələ sabahın planını qurmayıblar.

F-1.az xatırladır ki, bütün komandaların Bəhreydəki qış testlərində iş planı məlum olsa da, Aston Martin-də müəmmalıdır. Bunun da səbəbi Strollun qolunu qırmasıdır. Komanda testlərin ilk günündə səhər test sürücüsü Felipe Druqoviçlə, nahardan sonra isə Fernando Alonso ilə işləyib. Lakin sabah Alonsonun tək işləyəcəyi ya da Druqoviçlə günü bölüşəcəyi hələ dəqiqləşməyib.

Mayk Krek: “Səhər sükan arxasına Felipe keçdi. Bunu komandanın xeyri üçün etdik, çünki bütün alternativləri dəyərləndirməliyik. Son iki gündə sükana kimin keçəcəyi ilə bağlı son qərarı verməmişik. Bunun üçün bir neçə saat vaxtımız var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*