F-1.az xatırladır ki, geridə qoyduğumuz mövsümdə də Mercedes motoru ilə yarışan Aston Martin-in sürücülərindən Sebastyan Fettel 37, Ləns Stroll isə 18 xal toplamışdı. Komanda Mühəndislər Kubokunda yalnız yeddinci ola bilmişdi.
Mayk Krak: “Mühərriyin inkişafına xərcləyəcəyimiz məbləği təxmin etdik və yaxın illər üçün proqnozlarımızı nəzərə alaraq bu fikri tərk etmək qərarına gəldik. Cari mühərrik təchizatçımızdan tamamilə razıyıq”.