F-1.az xatırladır ki, Aston Martin mövsümə əla start verib və ilk 3 yarışdan sonra Mühəndislər Kubokunda ikinci yerdədir. Fernando Alonso isə hər 3 yarışı podiumda başa vurub.
Maky Krak: “Təqvimdə bir neçə tras var ki, orada sürücü bacarığı və bizim maşınımız sehrli ola bilər. Məsələn, Monakoda və ya Barselonada. Çox uzun düzlərdə sürətimiz çatışmır – bu sirr deyil, biz bu haqda bilirik və artıq bunun üzərində işləyirik. Amma düzlükdə sürətin o qədər də vacib olmadığı treklərdə özümüzü daha inamlı hiss edəcəyik. Sürətli olmalı, səhvlərdən qaçmalı və finiş xəttinə çatmalısan, sonra nəticəni mühakimə edə bilərsən.