Aston Martin Monakoda qalib gəlməyə ümid edir

Aston Martin komandasının rəhbəri Mayk Krək Monakoda qalib gəlmək üçün yaxşı şanslarının olduğunu düşünür.

F-1.az xəbər verir ki, AMR23 yarışda podium qazanmağa imkan versə də, sıralanma turunda sürətli deyil.

Mayk Krək: “Təqvimdə bir neçə tras var ki, orada sürücü bacarığı və bizim maşınımızın sürəti möhtəşəm ola bilər. Məsələn, Monakoda və ya Barselonada. Çox uzun düzlüklərdə sürətimiz çatışmır – bu sirr deyil, biz bu barədə bilirik və artıq bunun üzərində işləyirik. Amma sürətin o qədər də vacib olmadığı traslarda özümüzü daha inamlı hiss edəcəyik.

Ancaq belə traslarda sürətli olmaq hər şeydən uzaqdır. Sürətli olmalı, səhvlərdən qaçmalı və finiş xəttinə çatmalısan, sonra nəticəni mühakimə edə bilərsən”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*