Aston Martin komandası Mercedes-dən daha az asılılığa hazırdır

Aston Martin-in baş texniki direktoru Dən Fəllouz bildirib ki, komanda gələcək illərdə bir çox hissələrin və komponentlərin tədarükü baxımından Mercedes-dən daha müstəqil olmağa çalışacaq.

F-1.az xəbər verir ki, McLaren-dən fərqli olaraq, Aston Martin almanlardan güc qurğusundan başqa ötürmələr qutusu və arxa asılqanları da tədarük edir.

Dən Fəllouz: “Mercedes-in yardımı son illərdə bizə çox kömək etdi, lakin biz gələcəyə yönəlmişik və başa düşürük ki, özümüz də müəyyən sahələrdə onlardan yaxşı olmasa da, ən azı onlar kimi bu işin öhdəsindən gəlməliyik. Ancaq qərarlar qəbul edilməzdən əvvəl buna hələ nail olmaq lazımdır.

Gələcəkdə bizim üzümüzə bütün yollar açıqdır. Lourens Stroll komanda üçün ambisiyaları haqqında birbaşa danışır. Rəqabət qabiliyyətini yaxşılaşdırmağın yollarını qiymətləndiririk, lakin hazırda mən deyə bilmərəm ki, Mercedes-dən aldığımız hər hansı bir şey bizi hər hansı şəkildə geri çəkir.

Və təbii ki, düşünmürəm ki, Mercedes güc qurğuları bizim rəqabət qabiliyyətimizi azaldır. Onlar etibarlılığını və effektivliyini sübut ediblər. Düşünmürəm ki, bugünkü Formula1-də uğurun açarı mühərrikdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*