F-1.az xəbər verir ki, Saudia-nın uçuşları Ciddəni dünyanın yüzdən çox hava limanı ilə birləşdirəcək və 2023-cü ildə azarkeşlər İtaliya, İspaniya, Monako, Böyük Britaniya, Avstriya, Belçika, Hollandiya, Sinqapur, Yaponiya, ABŞ və Abu Dabidən şirkətin təyyarələrinə minərək yarışa gələ biləcəklər.
Cefferson Slek, AMF1 Kommersiya Direktoru: “Saudia-nın bizə qoşulmasından məmnunuq və Ciddədə keçiriləcək yarış ərəfəsində yeni tərəfdaşlığımızı elan etməkdən şadıq. Təbii ki, Formula1 ilə hava səyahəti dünyası arasında strateji ittifaq yaranıb – indi biz bu sahədə birgə işləyəcəyik, həmçinin planet boyunca hərəkətlərimizlə bağlı karbon izinə effektiv nəzarət etmək üçün qüvvələri birləşdirəcəyik.
Saudia-nın tərəfdaşlar qrupuna əlavə edilməsi Formula1-in şirkətlərə qlobal miqyasda təqdim etdiyi marketinq imkanlarını vurğulamaqla yanaşı, əməkdaşlıqda maraqlı olan digər eyni dərəcədə tanınmış brendlər üçün də Aston Martin brendinin gücünü və cəlbediciliyini göstərir”.
Fly Saudia və komanda artıq azarkeşlər üçün müsabiqə elan edib – onun qalibləri bu aviaşirkətin təyyarəsinin uçduğu yerlərdəki yarışlardan birinə baş çəkə və AMF1-in qonağı ola biləcəklər.