Aston Martin-in Honda ilə müqaviləsi bu həftə açıqlanacaq?

Biz dəfələrlə 2026-cı ildən Honda şirkətinin Aston Martin komandasını güc qurğusu ilə təchiz etməsi barədə gəzən şayiələr haqqında danışmışıq.

F-1.az xəbər verir ki, mətbuatda yayılan yeni şayiələrə görə, tərəflər artıq bütün detallar barədə razılıq əldə ediblər bə müqavilə bu həftənin əvvəlində açıqlana bilər.

İtaliyanın “La Gazzetta dello Sport” qəzeti öz mənbələrinə istinadən iddia edir ki, tərəflərin müvafiq bəyanatı çərşənbə günü, yəni sabah – mayın 24-də elan olunacaq. Honda-nın Britaniya komandasına güc qurğularının tədarükü üçün Aston Martin ilə müqaviləsi ən azı 2030-cu ilə qədər qüvvədə olacaq.

Əgər Honda tam şəkildə geri dönərsə, 2026-cı ildə Formula1-də eyni anda altı dünyaca məşhur güc qurğusu təchizatçısı iştirak edəcək – Ferrari, Mercedes, Renault, Audi, Ford və Honda.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*