Aston Martin-in etirazı ilə bağlı stüardlar qərar qəbul edib

FIA stüardların Avstriya Qran Prisinin başa çatmasından sonra Aston Martin tərəfindən verilən yarışın nəticələrinə etirazla bağlı qərarını dərc edib.

F-1.az xəbər vermişdi ki, Aston Martin komandası yarış başa çatdıqdan sonra bəzi sürücülərin dəfələrlə trasın hüdudlarını pozduqlarını, lakin onlara cərimə verilmədiyini əsas gətirərək rəsmi etiraz etmişdi.

Həmin etiraza cavabda deyilir: “Aston Martin Aramco Cognizant F1 Team-in etirazını qəbul edərək, komandanın nümayəndəsi Endi Stevenson, FIA nümayəndəsi Nikolas Tombasis və Ferrari nümayəndəsi Dieqo İovernonu dinləyən stüardlar aşağıdakı qərara gəldilər:

Müvəqqəti nəticələrin düzgünlüyünə etiraz edilib. İlk növbədə, stüardlar belə bir etirazın baxılmaq üçün qəbul edilib-edilməyəcəyini nəzərdən keçirdilər, bundan sonra qərara gəldilər ki, bu, vaxtında verilib və FİA Beynəlxalq İdman Məcəlləsinin 13-cü fəslinin tələblərinə uyğundur. Etiraz qəbul edilib.

Yarışın idarə edilməsi mərkəzi tərəfindən stüardlara təqdim edilən etibarsız dövrə nəticələrinin siyahısının təhlili göstərib ki, bir sıra hallarda stüardlara potensial cəriməni nəzərdən keçirmək üçün tras limitlərinin pozulması barədə məlumat verilməyib.

Məlum olub ki, ilkin nəticələr dərc edilərkən cərimələr üçün əsaslar olsa da, bu pozuntuların bəziləri nəzərə alınmayıb. Bu pozuntular yekun təsnifatda öz əksini tapacaq. Müvafiq olaraq protest qəbul edilir və etiraz haqqı onu vermiş tərəfə qaytarılır.

Rəqiblərə xatırladılır ki, FİA Beynəlxalq İdman Məcəlləsinin 15-ci maddəsinə və FİA-nın Məhkəmə və İntizam Qaydalarının 4-cü Fəslinə uyğun olaraq, onların şikayət etmək hüququ var.

Stüardların qərarları FIA-dan asılı olmayaraq qəbul edilir və yalnız müvafiq qaydalara, təlimatlara və təqdim olunan sübutlara əsaslanır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*