Aston Martin gələn ilə fokuslanıb

Aston Martin komandasının rəhbəri Otmar Safnauer növbəti mövsümə fokuslandıqlarını deyib.

F-1.az xatırladır ki, gələn il idmanda yeni texniki reqlament olacaq və buna görə də komandalar yeni reqlamentə daha yaxşı hazırlaşmaq istəyirlər. Əksər komandalar artıq növbəti mövsümə hazırlaşmağa başlayıb. Aston Martin də artıq bu komandalar arasındadır.

Otmar Safnauer: “2022-ci il üçün həm Seb, həm də Strollun geribildirimləri çox vacibdir. Ləns uzun illərdir ki, buradadır və əvvəlki bolidlərlə indikinin fərqini bilir. Sebastyanla yeni baxış bucağımız oldu. Onun geribildirimləri çox vacibdir. Hazırda tamamilə növbəti mövsümə fokuslanmışıq. Bu il üçün bəzi yeniliklərimiz olacaq, amma gələn ilə fokuslanacağıq”.

Qeyd edək ki, Aston Martin hazırda 7-ci yerdədir və 5-ci yerdəki Alpine-dən 29 xal, üçüncü yerdəki Ferrari-dən 115 xal geridə qalır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*