F-1.az xatırladır ki, Aston Martin komandasının sürücüləri Braziliyada insident yaşayıblar. Fettel komanda yoldaşı Strolla hücum edərkən, kanadalı sürücü anidən bolidini onun üstünə çəkib. Gənc sürücü bu hərəkətinə görə 10 saniyə zaman cəza almaqla yanaşı lizensiyasına 3 cəza balı yazılıb.
Mayk Krek: “Yarışda belə hallar ola bilər. Digər komandalarda da bunu görürsünüz. Əsas odur ki, komanda yoldaşlarından birini üstün tutmayasan, çünki bu komandanın dinamikasına təsir edir. Buna görə də onların mübarizəsinə icazə verəcəyik.Belə olan halda da mübarizələrinə hazır olmalıyıq. İnterlaqosda baş verənlər yaxşı hal deyildi. Ancaq eyni tempdə gedən iki sürücü bir yerə gələrsə, belə halın baş verməsi labüddür”.