F-1.az xatırladır ki, Aston Martin mövsümə fırtına kimi başlayıb və ilk 3 yarışın üçündə də podiuma yüksəlib.
Mayk Krak: “Hələ real yenilik gətirməsək də, AMR23 haqda çox şey öyrənirik.
Güclü və zəif tərəflərimizi, hansı sahələri təkmilləşdirməli olduğumuzu müəyyən etməyə çalışırıq. Mövsüm ərzində önəmli addımlar atacağıq. Bakı, İmola və Monrealda yeniliklərimiz olacaq və kiçik addım atmağa çalışacağıq”.