Aston Martin DB11 təqdim edilib (video)

Dünən Aston Martin şirkətinin satış salonunda brendin yeni DB11 modelinin rəsmi təqdimat mərasimi baş tutub.

F-1.az xəbər verir ki. təqdimat mərasimini markanın Azərbaycanda rəsmi təmsilçisi olan AvtoLux şirkətinin brend meneceri Tural Xancığazov açıq elan etdikdən sonra şirkət barədə, yeni model barədə məlumatlar verib. Daha sonra DB11 haqqında Aston Martin-in regional satış meneceri Sidi Larbi Bensouda danışıb və jurnalistlərin suallarını cavablandırıb.

Nəhayət, DB11-in üzərindən pərdəni qaldırmağın vaxtı yetişib və mərasimə toplaşanların bərq vuran maşının gözəlliyindən gözləri qamaşıb. Maşının öz kateqoriyasına xarakterik olan cizgiləri, aerodinamik yenilikləri dərhal nəzərə çarpıb. Salonda hər şey özünü idman maşının sükanı arxasında hiss etməyə uyğunlaşıb. Yeni maşının texniki xarakteristikasına gəlincə, sıfırdan yığılmış yeni V12 şəkilli 5.2 litrlik mühərrik 600 at qüvvəsi hasil etməklə 100 km/saat sürəti 3.9 saniyəyə yığmağa imkan verir. Yeni maşının dəyərinə gəlincə, baza komplektasiyasında qiymətlər 290 min dollardan başlayacaq.

Aston Martin DB11 sürətsevərlər üçün ən gözəl seçim ola bilər…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*