F-1.az xatırladır ki, “yaşıllar” son mövsümdə pis performans göstəriblər və Mühəndislər Kubokunda 7-ci olublar.
Tom MakKallou: “Məncə, gələn il Dünya Çempionluğu uğrunda mübarizə aparmaq çətindir. Realist düşünsək, belə şeyin mümkünsüz olduğunu deyə bilərik. Bir yola çıxmışıq. Komanda olaraq təkmilləşirik və güclənirik. Fernando bizə kömək edəcək. O da realistdir və bizimlə yola çıxıb. Gələn il üç komanda ilə mübarizə apara bilsək, sevinərəm”.