F-1.az xatırladır ki, BWT şirkəti 2017-ci ildə o vaxtkı adı ilə Force İndia komandası ilə tərəfdaşlığa başlamışdı və ortaqlıq əsas sponsor səviyyəsində idi. Lakin Aston Martin komandanı aldıqdan sonra BWT ilə davam etmək istəmir. Bunun səbəbi isə BWT-nin maşını çəhrayı rəngə boyama istəyidir.
Buna görə də keçən il əsas sponsorluq müqaviləsi ləğv olunmuşdu. Lakin tərəflər kiçik miqyaslı sponsorluğa davam edirdilər. Buna görə də bolidin bəzi yerləri çəhrayı rəngdə idi.
Ancaq yeni mövsümdə belə görünür ki, bu da olmayacaq. Bundan başqa Aston Martin 2022-ci il sponsprları arasında BWT-yə yer verməyib. İndi isə çıxan xəbərlərə görə tərəflər artıq birlikdə işləməyəcəklər.
Lakin BWT Formula1-in bir parçası olaraq qalacaq, çünki onların Formula1-lə müqaviləsi var. Bundan başqa BWT yeni komandaya sponsor olmaq istəyir və bu komandanın Alpine olacağı iddia edilir. Bundan başqa Sebastyan Fettelin BWT-dəki elçilik rolunun nə olacağı hələ də müəmmalıdır.