F-1.az bildirir ki, Britaniya komandası yeni bolidi AMR22-i fevralın 10-da təqdim edəcək. Beləliklə, Aston Martin yeni bolidin təqdimat tarixini açıqlayan ilk komanda olub.
Qeyd edək ki, “yaşıllar” keçən mövsüm elə də yaxşı çıxış etməyiblər və mövsümü 7-ci yerdə bağlayıblar.