Aston Martin adını dəyişir

Gələn il Aston Martin komandasının adı dəyişəcək və Aramco komandanın yeganə titul sponsoru olacaq.

F-1.az bildirir ki, Cognizant artıq titul sponsoru olmayacaq və Aramco “yaşıllar”la olan tərəfdaşlığı daha da genişləndirəcək.

Cognizant şirkəti isə Aston Martin-lə yollarını ayırmayacaq və fərqli rolda tərəfdaşlıq edəcək. Hətta tərəflər arasında yeni çoxillik müqavilə imzalanıb, amma artıq titul sponsorluğuna ehtiyac duyulmur. Cognizant-ın bu roldan çəkilməsi idmana daha geniş formada daxil olmaq istəyən Aramco-ya yeni fürsət yaradıb.

Səudiya Ərəbistanının neft şirkəti Aston Martin-in Formula1 komandasından başqa Aston Martin Lagonda Group Limited markası ilə olan tərəfdaşlığı da böyüdəcək. Hələlik müqavilənin maliyyə tərəfi ilə bağlı məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*