Aston Martin 2026-da Honda motorlarına keçə bilər

Şayiələrə görə Honda və Aston Martin-in yeni motor reqlamentinə keçiləcək 2026-cı ildən tərəfdaşlıq etmək haqqında danışıqlar aparır.

F-1.az The Race nəşrinə istinadən xəbər verir ki, yapon konserninin rəhbərliyi Formula1-dəki proqramı 2021-ci ilin sonunda bitirmək qərarına gəlib. Lakin Red Bull ilə əməkdaşlığı davam etdirir və 2025-ci ilin sonuna qədər iki komandaya – Red Bull və AlphaTauri-yə mühərriklər tədarük edəcək.

Amma digır tərəfdən, Honda yeni mühərrik reqlamentinin qüvvəyə minəcəyi 2026-cı ildə Formula1-ə qayıtmaq üçün addımlar atır. Keçən il konsern FİA-ya müraciət etmişdi və bu, Yaponiya tərəfinin marağının və 2026-cı ildə mühərrik tədarükçüsü olaraq qalmaq istəyinin rəsmi təsdiqidir. Bundan sonra şirkətin nümayəndələri müxtəlif komandaları ilə danışıqlara başlayıblar.

Məsələ ondadır ki, Honda-nın yeni tərəfdaşa ehtiyacı var, çünki Red Bull artıq Ford ilə əməkdaşlığa razılaşıb və indi onlar amerikalı korporasiya ilə birlikdə öz yeni nəsil güc qurğularını inkişaf etdirib istehsal etməyə hazırlaşırlar. Mənbənin məlumatına görə, Honda-nın bu yeni tərəfdaşı hazırda Mercedes mühərriklərindən istifadə edən Aston Martin komandası ola bilər.

Mühərriklər üçün yeni texniki reqlamentlər haqqında müzakirələr gedəndə Honda nümayəndələri bu mövzuya həsr olunmuş bütün iclaslarda iştirak edirdilər və paralel olaraq konsernin mütəxəssisləri perspektivli layihəyə hazırlaşırdılar, baxmayaraq ki, ona qoşulan işçilərin sayı nisbətən az idi. Bununla belə, Honda-nın həqiqətən də Formula1-ə qayıtmaq üçün yekun qərar verdiyi barədə rəsmi təsdiq yoxdur. Lakin The Race-in istinad etdiyi mənbələr bunun yaxın gələcəkdə verilə biləcəyini proqnozlaşdırır.

Keçən qışda Honda nümayəndələri McLaren və Williams ilə ilkin danışıqlar aparsalar da, indi diqqətlərini Aston Martin-ə yönəldiblər. Britaniya komandası belə əməkdaşlıqda maraqlıdır, çünki tərəflər razılaşarsa, gələcəkdə o, Honda-nın prioritet tərəfdaşı statusunu alacaq. Bu yaxınlara qədər sözügedən statusda bu motorlarla artıq iki çempionluq qazanmış Red Bull komandası idi.

Yeri gəlmişkən, Silverstoun komandasının tarixində artıq 1998-ci ildən 2000-ci ilə qədər, Mugen-Honda fabrikinin mühərriklərinin maşınlarında olduğu dövr var idi. Həmin vaxt Formula1-də ən yaxşı nəticələrini məhz Jordan komandası qazanmışdı – 1999-cu ildə onlar Mühəndislər çempionatında 3-cü yeri tutmuşdular.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*