Aston Martin 2024-cü ilin maşınına keçəcək

Aston Martin 2023-cü il mövsümünə əla başlayıb, lakin paralel olaraq iki layihə üzərində işləyərkən mümkün qədər tez növbəti mövsüm üçün maşın üzərində işə keçmək istəyir.

F-1.az xəbər verir ki, yeni reqlamentin dərcini və bu aya planlaşdırılan yeni bazanın açılışını gözləmək qalır.

Dən Fəllouz: “Biz builki maşınının təkmilləşməsi işlərini qurban vermədən mümkün qədər tez bir zamanda gələn mövsüm üçün hazırlanacaq yeni maşınının layihəsini işə salmaq istəyirik. Yeni maşın onun təkamülü olacaq, buna görə də biz köhnə maşının üzərində nə qədər çox işləsək, nə qədər çox yeni element test etsək, nə qədər çox məlumat toplasaq, bizim üçün bir o qədər yaxşıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*