Assendə Bezzekki şousu davam edir

Mövsümün ilk yarısının son Qran Prisi olan Niderlandda sıralanma turu keçirilib.

F-1.az bildiri ki, VR46 komandasının sürücüsü Marko Bezzekki ilk podiumunu qazandığı Assendə rahatlıqla poul əldə edib. O, dünən hər iki sərbəst yürüşlərdə güclü performans göstərdikdən sonra sıralanma turunda da əlçatmaz olub.

İkinci yeri isə çempionatın lideri Françesko Banyaya tutub. Keçən ilin Dünya Çempionu poul sahibi Bezzekkidən sadəcə 0.061 saniyə geridə qalıb. VR46 komandasının digər sürücüsü Luka Marini isə üçüncü yeri tutub. Beləliklə, Niderlandda ilk cərgəni Ducati sürücüləri bağlayıblar.

Dördüncü yeri isə hamını təəccübləndirən Fabio Kuartararo tutub. Yamaha ilə yaxşı dövrələr vuran Dünya Çempionu poul uğrunda mübarizə aparsa da, 4-cülüklə kifayətlənib. O, mövsümün ilk yarısının son yarışında podium uğrunda mübarizəyə qoşula bilər.

Beşinci yeri KTM-dən Bred Binder tutub. Onu Aleş Esparqaro, Maverik Vinyales izləyiblər. Beləliklə, Aprilia komandası Assendə yaxşı performans göstərib. Onlar keçən il olduğu kimi bu il dəq ələbə uğrunda mübarizə apara bilərlər.

Sıralanma turunun ilk sessiyasında lider olan Yohan Zarko 8-ci, Aleks Markes 9-cu, Almaniya yarışının qalibi Xorxe Martin isə 10-cu yerləri tutublar. Onları Migül Oliveyra və Cek Miller izləyib.

Günün ən səssalan sürücüsü isə Mark MArkes olub. O, Ducati-dən Enea Bastyaniniyə arxadan çırpılaraq, həm özünün, həm də Eneanın yıxılmasına səbəb olub. Qəzadan sonra çıxan sarı bayraqlara görə əksər sürücülər cəhdlərini yarıda saxlayıblar. Mark Markes yarışa 17-ci, Bastyanini isə 18-ci yerdən başlayacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*