Assen trası Formula1-i qəbul etmək istəyir?

Hollandiya Formula1 təqviminə geri dönmək istəyir. Əksəriyyət bu dönüşün Zandfort trası ilə olacağını düşünsə də, Assen TT trası da namizədliyini irəli sürüb.

F-1.az xatırladır ki, Assen trası hazırda MotoGP yarışlarını qəbul edir və Formula1-i də qəbul etmək üçün FİA-ya müraciət edib. Hollandlar FİA Grade 2 lisenziyasını Grade 1 lisenziyasına çevirmək üçün nə etməli olduqlarını öyrəniblər.

Qeyd edək ki, tras hazırda MotoGP-dən savayı World Superbike və British Superbike seriyalarını da qəbul edir və əsas tribunanı yeni təmir ediblər.

Xatırladaq ki, Maks Ferstappen idmanda uğurlu debüt etdikdən sonra Hollandiyayaya yaxın olan Avstriya və Belçika yarışlarında holland fanların sayı artıb. 2017-ci ildə Belçika yarışında 11.8, Avstriyada isə 41.38 faiz artım olub və əksəriyyət bunun Ferstappenə görə olduğuna inanır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*