Artıq trasların tarixi statusunun əhəmiyyəti yoxdur

Formula1-in investorları ilə danışan təcrübəli mütəxəssis tezliklə təqvimdə tarixi traslara yer olmayacağından bəhs edib...

F-1.az xəbər verir ki, son vaxtlar adlı-sanlı trasların təqvimdə yerini itirmək təhlükəsi ilə qarşılaşması, yarışı qəbul etmək istəyənlərin də getdikcə artması müzakirə edilən mövzulardandır.

Stefano Domenikali: “İndiki təqvim mənə balanslı görünür. 24 mərhələ – optimal say, yarışlar müxtəlif qitələrdə keçirilir, biz Afrikada Qran Prinin keçirilməsi imkanlarını araşdırmağa davam edirik.

Artıq trasların tarixi statusunun əhəmiyyəti yoxdur. Yalnız keçmişdə yaşaya bilməzsən. Lakin onların uğurlu gələcək gözləmək ilə irəliləmək imkanları var. Ona görə də biz “tarixi Qran Pri” adlanan yarış sahibləri ilə danışıqlarda ilk növbədə onların gələcək planlarını başa düşmək istəyirik.
Yalnız 100 ildir yarışlara ev sahibliyi etdiyinizə görə təkəbbür və müqaviləni yeniləmək üçün inam artıq kifayət deyil. Düşünürəm ki, indi hamı başa düşür ki, biz heç bir oyun oynamırıq. Açıq şəkildə deyirik ki, əgər onlar təqvimdə qalmaq istəyirlərsə, özləri və Formula1 üçün düzgün hesab etdiyimiz şeyi etməlidirlər.
Aydındır ki, son bir neçə ildə bu tarixi yerlərə münasibət dəyişib, onlar Formula1-in fərqli olduğunu yaxşı bilirlər”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*