Arrivabeneyə yeni müqavilə təklif olunub?

Ferrari komandasının başçısı Mauritsio Arrivabenenin müqaviləsi mövsümün sonunda başa çatır.

F-1.az xatırladır ki, italiyalı mütəxəssis Amerikadan komandanın böhrandan çıxarmaq üçün gətirilmişdi. Amma çox güman ki, bu il də qarşıya qoyulan məqsədlərə çatmaq mümkün olmayacaq. Mövsümün gedişində Arrivabenenin komandanın texniki direktoru Mattia Binotto ilə konflikti barədə şayiələr peyda olmuşdu, amma yerli mətbuatın bildirdiyinə görə, hər iki mütəxəssis cari vəzifəsində qalacaq.

Qeyri-rəsmi məlumata görə, şirkətin prezidenti Con Elkann belə bir vəziyyətdə stabilliyi qorumağa üstünlük verib, ona görə də Arrivabeneyə yeni müqavilə imzalamaq təklif olunub. Skuderiyanın böyük ümidlər bəslədiyi qarşıdakı iki mövsümdən əvvəl texniki direktorla yollarını ayırması da real görünmür, böyük ehtimalla Binotto da komandada qalacaq…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*