Pouldan start alan Markus Armstronq ilk döngələrdə liderliyini qoruduqdan sonra qısa trasda rəqiblərindən uzaqlaşmağa başlayıb.
Cək Duhən 5-ci yerdən start alsa da, iki rəqibini arxada qoyaraq 3-cülüyə yüksəlib və dərhalda önündəki Teo Purşerə hücumlara başlayıb.
Mövsümün lideri Kroon Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Felipe Druqoviç də 4-cü yerə yüksəlib.
Təəssüf ki, Red Bull Rinqdə hətta F2-də ötmələr çətin və demək olar ki, qeyri-mümkün olub və finişə qədər yerdəyişmə olmayıb.
Düzdür, yarışın sonuna yaxın 2-ci yer uğrunda mübarizə qızışsa da, stüardların Purşerin trasın limitini pozmasını nəzarətə götürməsi rəqibləri sakitləşdirib (amma yarışdan sonra Teoya heç bir cərimə gəlməyib).
Beləliklə, Hitech GP komandasından Armstronq növbəti şənbə qələbəsinə sevinib.
Bazar günü əsas yarışla mərhələyə yekun vurulacaq…