Arif Rəhimov: Qərarı son anda qəbul etdik

Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov saytımıza verdiyi müsahibədə Azərbaycan Qran Prisinin niyə təxirə salınmasından danışıb.

F-1.az xatırladır ki, iki gün əvvəl builki yarışımızın təxirə salındığı elan olunub. Beləliklə də, cari təqvimi artıq ilk 8 yarışı ya təxirə salınıb, ya da ləğv olunub – növbədə isə iyunun ortalarında keçirilməsi planlaşdırılan Kanada Qran Prisidir…

Arif Rəhimov: “Avstraliya yarışının təşkilatçılarının timsalında vəziyyətin onlar üçün nə qədər çətin olduğunu başa düşdük. Heç bir Qran Pri promouteri onların yerində olmaq istəməz – Əndryu Vestakotta və komandasına görə çox təəssüflənirəm. Onların yaşadıqları hal çox faciəvidir. Qran Prinin son anda ləğvi promouter üçün fəlakətdir.

Mərhələnin təşkili ciddi səylər tələb edir, bundan əlavə, Avstraliyada yarış müvəqqəti trasda keçirilir. Onun qurulmasına çox vaxt, pul və səy sərf etdilər və son anda yarış ləğv olundu – bu, əsl fəlakətdir. İndi digər təşkilatçılar bu cür halın qarşısını almağa çalışırlar.

Aydındır ki, bir çox yarışın təxirə salındığı bir vaxtda Avstraliya nümunəsi vəziyyəti yüngülləşdirmir, ammabiz qərarımızı digərlərinə izah etməyə çalışarkən mövqeyimizi daha məntiqli edir.

Trasımızda işə başlamazdan əvvəl bu qərar verməli olduq. Çünki zaman bizim üçün vacib idi. Biz əmin olmaq istədik ki, çəkdiyimiz xərclər əbəs olmayacaq. Bütün pulu trasın qurulmasına xərcləsəydik və sonra yarış keçirə bilməsəydik, onda tam bir fəlakət yaşayardıq.

Bizim üçün trasın qurulmasına start üçün son tarix mart ayının ortalarında idi – yarış haqqında qərar vermək üçün bir həftə də artıq gözlədik və sonda məlum qərarı qəbul etdik…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*