Argentina Qran Prisi təqvimə qayıdacaq?

Argentina Formula1-ə sonuncu dəfə 1998-ci ildə ev sahibliyi edib. O vaxtdan bəri isə təqvimə qayıdacaqları barədə dəfələrlə söz-söhbətlər gəzib.

F-1.az xatırladır ki, hətta 2011-ci ildə ölkə rəhbərliyi Buenos Ayres şəhərinin yaxınlığında yeni trasın tikintisinə də başlamışdı, lakin yarış yenə də baş tutmamışdı. Son günlərdə çıxan xəbərlərə görə, FİA yenidən bu məsələyə qayıdıb.

Formula1-in yarış direktoru Çarli Uaytinq ötən istirahət günlərində ölkənin paytaxtında yerləşən və Oskar Alfredo Qalvesin adını daşıyan trasa səfər edib – bu trasda 1953-cü ildən 1998-ci ilə qədər 20 yarış keçirilib. Yerli mətbuatın yazdığına görə, Uaytinq trasın mövcud vəziyyəti, infrastrukturu, yenidənqurma işlərinin miqyası və Formula1-in müasir standartlarına uyğunluğu barədə təsəvvür əldə etmək istəyib.

Uaytinqi trasa səfəri zamanı müşayiət edən ESPN telekanalının Argentinadakı redaksiyasının jurnalisti Matias Sançes suallara çox qısa cavab verib: “Məqsəd Formula1-i ölkəyə qaytarmaqdır”.

Lakin bunun reallaşacağı hələ dəqiq deyil. Formula1 rəhbərliyi bəlkə də bu addımı Braziliya Qran Prisinin təşkilatçılarını İnterlaqosdakı trasının müasirləşdirilməsi prossesini sürətləndirmələri üçün atıb…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*