Apple McLaren-i alır?

Financial Times-ın xəbərinə görə, texnologiya nəhəngi Apple McLaren Group-u satın almaq istəyir.

F-1.az xəbər verir ki, sözügedən qəzet hətta tərəflərin danışıqlara başladığını iddia edir. Qəzet bu xəbərin mənbəyinin müzakirələrdə iştirak edən 3 nəfərin olduğunu bildirir. Smartfon dünyasında olduqca böyük çəkisi olan Apple şirkətinin McLaren ilə avtoidman sahəsinə girmək istədiyi qeyd edilir.

Apple son bir neçə ildir ki, özü-özünü idarə edə bilən elektrik avtomobillər üzərində işləyir və son məlumatlara görə, şirkət avtomobil sahəsindəki işlərini şaxələndirmək istəyir.

Qəzet bildirir ki, McLaren Group-un ümumi dəyəri 1-1,5 milyard funt-sterlinq arasındadır. Şirkətin keçən ilki gəliri 450 milyon funt-sterlinq olub.

Nə McLaren, nə də Apple hələ ki, bu məlumata münasibət bildirməyib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*