Apple şirkəti Formula1-i almaq istəyir?

ABŞ-ın Apple korporasiyası Formula1-in səhmləri ilə maraqlanır.

F-1.az xəbər verir ki, bu barədə məşhur avtoidman jurnalisti Co Savar xəbər verib. Onun məlumatına görə, artıq Apple şirkəti CVC Capital Partners sərmayə fonduna təklif də edib.

Formula1-i almaq üçün Apple şirkətinin bir neçə səbəbi ola bilər. Co Savar ehtimal edir ki, onlardan biri – Kupertinoda yerləşən korporasiyanın Apple TV xidmətinin eksklüziv kontentini genişləndirməkdir. Söhbət təkcə böyük video arxivin əldə olunmasından getmir, həmçinin internet üzərindən canlı yayımın da əsas səbəblərdən biri olacağı ehtimal edilir.

Bəzi şaiyələrə görə isə, Apple öz avtomobilini hazırlayır və 2020-ci ildə debüt edəcəyi gözlənilir.

AppleCVC Capital Partners baş tuta biləcək anlaşma haqqında yayılan şayiələri şərh etməkdən imtina ediblər.

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*